“Paris WİNNER” jurnalının baş redaktoru Diasporla İş üzrə Dövlət Komitəsində olub

16:47 - 30.07.2018


30 iyul, Fineko/abc.az. Azərbaycan Respublikasının Fransadakı səfirliyinin təşəbbüsü ilə Bakıya gələn Azərbaycanın Dostları Assosiasiyasının üzvü, Fransanın “Paris WİNNER” jurnalının baş redaktoru Vera Baudey (Bozinovic) Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.

Görüşdə Azərbaycan diasporu, diaspor hərəkatının əhəmiyyəti, Diaspor Gənclərinin I Yay düşərgəsi barədə söhbət açılıb.

Rəhbərlik etdiyi jurnalda çap edilmək üçün Azərbaycanla bağlı, təxminən, 20 səhifəlik materialın hazırlanacağı barədə məlumat verən Vera Baudey səmimi qəbula görə öz minnətdarlığını bildirib.

Komitə sədri Fuad Muradov isə, öz növbəsndə, “Paris WİNNER” jurnalında Azərbaycan haqqında materialın çapının ölkəmizin tanıdılması baxımından əhəmiyyətini qeyd edərək, görüşdən məmnun qaldığını və qonağa gələcək fəaliyyətində uğurlar arzuladığını bildirmişdir.

 

Bütün xəbərlər