Bəzi yollarda təmir və rənglənmə işləri aparılır

11:11 - 31.07.2018


31 iyul, Fineko/abc.az. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45—52 kilometrlik hissəsində yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. Təmir işləri bu gün axşam saatlarınadək davam edəcək.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Bundan başqa, təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Salyan şosesindən Lökbatan istiqamətində və Bakı şəhəri, Bayraq meydanından Lökbatan dairəsi istiqamətində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

Bütün xəbərlər