“Ekspressbank”ın aktivləri ilin birinci yarısında 1,4 dəfə artıb

12:36 - 31.07.2018


31 iyul, Fineko/abc.az. Azərbaycanın “Expressbank” bankı 2018-ci ilin 2-ci rübü üzrə hesabatını təqdim edib.

Bankın hesabatından göründüyü kimi, yarım il ərzində onun aktivləri 1,4 dəfə artaraq 440,153 milyon manat təşkil edib.

Bankın kredit portfeli 205,365 milyon manat təşkil edir. İkinci rübün sonunda bankın öhdəlikləri 295 milyon manat təşkil etmişdir.

1 iyul 2018-ci il tarixinə “Expressbank”da depozitlərin həcmi 261,350 milyon manat təşkil edib ki, bunların arasında fiziki şəxslərin əmanətləri 117,088 milyon manat təşkil etmişdir.

“Expressbank”ın kapitalı 1 iyul 2018-ci il tarixinə 145,152 milyon manat, nizamnamə kapitalı isə 137,257 milyon manat təşkil edib.

1 iyul 2018-ci il tarixinə “Expressbank”ın  xalis mənfəəti 992 min manat təşkil etmişdir.

 

Bütün xəbərlər