DİM 5 dövlət orqanında inzibati vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edib

15:45 - 31.07.2018


31 iyul, Fineko/abc.az. Ümumi müsahibəyə çıxarılan vəzifələrdən 3-ü A növü - inzibati rəhbər vəzifələr üzrə (Maliyyə Nazirliyi – 1 vəzifə, Təhsil Nazirliyi- 1 vəzifə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi- 1 vəzifə), 4-ü isə B növü – inzibati icraçı vəzifələr üzrə olmaqla (Təhsil Nazirliyi üzrə – 2 vəzifə, Hesablama Palatası üzrə – 1 vəzifə və Gəncə Apellyasiya Məhkəməsi üzrə – 1 vəzifə) mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarında, tabeliyində olan qurumlarında, yerli təşkilatlarında və rayon məhkəmələrindədir.                                                                          

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Maliyyə nazirinin müşaviri, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifələridir.

 Vətəndaşlar ümumi müsahibədə iştirak etmək üçün elektron qaydada qeydiyyatdan keçə bilərlər.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu elektronlaşdırılmışdır. Artıq regionlarda yaşayan vətəndaşlar sənəd qəbulu üçün Bakıya gəlmələrinə də ehtiyac olmayacaqdır.

Təqdim edilən sənədlər dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatları əsasında yoxlanılır. Elektron qaydada daxil edilmiş məlumatların və sənədlərin düzgünlüyünün elektron informasiya ehtiyatları əsasında yoxlanılması mümkün olmadığı halda, Mərkəzin tələbi əsasında müvafiq sənədlərin müəyyən edilmiş qaydada təsdiq olunmuş surətləri və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əsilləri Mərkəzə təqdim edilməlidir. 

Ümumi müsahibədə iştirak etmək istəyən namizəd buradan “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına məlumatları daxil etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli 30 avqust 2018-ci il saat 18:00-dək Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

 

Bütün xəbərlər