330x110
 

Azərbaycan və Ermənistanın XİN rəhbərləri görüşmək fikrinə gəldilər

31.07.2018,16:29


31 iyul, Fineko/abc.az. Azərbaycan və Ermənistan xarici işlər nazirləri BMT-in Baş Assambleyasının  Nyu-Yorkda sentyabr ayında keçiriləcək 73-cü sessiyası çərçivəsində görüşmək barədə razılığa gəldilər.

Bu məlumatı, Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Hikmət Hacıyevə istinadən RİA “Novosti” xəbər agentliyi yayıb.

"BMT-nin Baş Assambleyası çərçivəsində nazirlərin görüşü haqqında prinsipial razılaşma əldə olunub”, - deyə Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bununla yanaşı,  sözügedən görüşdən əlavə, daha bir görüşün keçirilməsi məsələsinə baxılır.

Elmar Məmmədyarov  ilə Zoqrab Mnatsakanyanın  ilk görüşü ATƏT-in Minsk Qrupunun (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və  ABŞ-dan Endrü Şofer çıxış etmişdir) həmsədrlərinin vasitəçiliyi ilə Brüsseldə iyulun 11-də keçirilmişdir.