Paytaxtın bəzi yollarında rənglənmə işləri aparılır

11:50 - 1.08.2018


1 avqust, Fineko/abc.az. Avqustun 1-də avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakının Qaradağ rayonu, Salyan şosesindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə (Sahil qəsəbəsi) qədər və Zığ şosesi, Cəmşid Naxçıvanski adına Hərbi Liseydən Hövsan qəsəbəsi istiqamətində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, rənglənmə işləri axşam saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bütün xəbərlər