AMB-nin valyuta ehtiyatları 5,541 milyard dollaradək artırılıb

12:46 - 1.08.2018


1 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) 1 avqust 2018-ci il tarixinə valyuta ehtiyatlarının həcmini açıqlayıb.

Bankın idarə heyətinin sədri Elman Rüstəmov bildirib ki, avqustun 1-nə olan valyuta ehtiyatları 5,541 milyard dollar təşkil edib.

2018-ci ilin əvvəlində valyuta ehtiyatları 5,334 milyard dollar təşkil etmişdir. 2018-ci ilin yanvar-iyul aylarında Mərkəzi Bankın valyuta ehtiyatları yüzdə 3,9 artmiş və əvvəlki aya nisbətən 0,5% artım (2018-ci ilin 29 iyun tarixində - 5,512 milyard dollar) təşkil etmişdir.

 

Bütün xəbərlər