BNA avtobus marşrutlarında gedişlər üzrə tarifləri açıqladı

01.08.2018,14:24


1 avqust, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA)  şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə tarifləri açıqladı.

BNA-in məlumatında deyilir ki, şəhərətrafı və qəsəbələrarası marşrutların başlanğıc və son dayanacaqları arasındakı məsafədən asılı olmayaraq sərnişinin bir istiqamət üzrə ödəyəcəyi gediş haqqı məbləği (gedəcəyi məsafədən asılı olaraq) müəyyən edilir.

“125 və 199 nömrəli şəhərətrafı marşrutların nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərməsi nəzərə alınaraq, gediş haqqı tarifi 0.35 manat səviyyəsində müəyyən edilib”, - məlumatda belə deyilir.

BNA-in məlumatında deyilir ki, “28 May” metrostansiyası - Hava Limanı istiqamətində fəaliyyət göstərən H1 nömrəli ekspress marşrutun tarifində dəyişiklik edilməyib. Həmin marşrut üzrə gediş haqqı tarifi 1.30 manat təşkil edir.

 

Açar sözlər: BNA