2018-ci ilin 6 ayı ərzində “Şahdəniz” yatağından 5 milyard kubmetr qaz hasil edilib

17:14 - 1.08.2018


1 avqust, Fineko/abc.az. 2018-ci ilin birinci yarısında “Şahdəniz” yatağından 5 milyard kubmetr qaz və 1,1 milyon ton kondensat hasil edilmişdir.

“BP-Azerbaijan” şirkətinin məlumatına əsasən,  yatağın mövcud istehsal sisteminin maksimal gücü gündə 32 milyon kubmetr qaz təşkil edir.

"2018-ci ilin birinci yarısında yataq üzrə istismar xərcləri 250 milyon dollar, kapital xərcləri isə 798 milyard dollar təşkil edib. Əsas xərclər isə “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsindəki işlərə düşüb”, - məlumatda belə deyilir.

“Şahdəniz” layihəsinin iştirakçıları:  BP şirkəti - 28,8%, Petronas - 15,5%, ARDNŞ - 16,7%, LUKOIL - 10%, NICO - 10%, TPAO - 19%.

 

Bütün xəbərlər