29 iyun 2018-ci il tarixində elan edilmiş müsabiqə üzrə müsahibədə qeydə alınmış namizədlərin nəzərinə!

18:15 - 1.08.2018


1 avqust, Fineko/abc.az. 25 dövlət orqanında mövcud olan 110 vakant vəzifə elana çıxarılsa da, 5 dövlət orqanında mövcud vəzifələrə namizədlər tərəfindən müraciət olunmamışdır. Ümumilikdə isə, 373 namizəd müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçmişdir.

Müsahibəyə çıxarılan vəzifələr arasında daha çox rəqabət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentində məsləhətçi (1 vakant yer üzrə 31 namizəd), Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində məsləhətçi-kompyuter proqramçısı (1 vakant yer üzrə 30), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində məsləhətçi-kompyuter proqramçısı (1 vakant yer üzrə 30) vəzifələri üzrə müşahidə edilmişdir.

Müsahibələrin 2018-ci il 9 avqustdan 19 sentyabr tarixinədək Dövlət İmtahan Mərkəzinin inzibati binalarında həyata keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilər.

 

Bütün xəbərlər