330x110
 

Prezident İlham Əliyev Gədəbəydə 8 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 11,4 milyon manat ayırıb

01.08.2018,18:30


1 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev avqustun 1-də “Gədəbəy rayonunun Slavyanka–Qoşabulaq–Pərizamanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

On iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Slavyanka–Qoşabulaq–Pərizamanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.