Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İsmayıllı rayonunda 5 rayonun sakinləri ilə görüşəcək

11:08 - 2.08.2018


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 17 avqust 2018-ci il tarixdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İsmayıllı rayonunda İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

Qəbul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun təmin olunması) aid vətəndaşların müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar adı, soyadı, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) və “142 - Çağrı mərkəzi” ilə əlaqə saxlayaraq avqustun 14-dək qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

 

Bütün xəbərlər