AMB 200 milyon manat həcmində qısamüddətli notlar yerləşdirdi

11:10 - 2.08.2018


2 avqust, Fineko/abc.az. Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) ötən gün qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirdi.

Bakı Fond Birjası xəbər verir ki, avqustun 1-də AMB 50100870S dövlət qeydiyyat nömrəli, 200 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

16 investordan 583857,4 min manat məbləğində 26 sifariş daxil olmuşdu. İnvestorlar notlar üçün  99,3812 manat (gəlirlik 8,01%) təklif etmişlər.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.3812 AZN (gəlirlik 8.01%) səviyyəsində müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 200  milyon AZN təşkil etmişdir.

Notların ödəmə tarixi: 29 avqust 2018-ci il.

 

Bütün xəbərlər