Gədəbəy rayonunda yolun tikintisinə 11,4 milyon manat ayrılıb

11:24 - 2.08.2018


2 avqust, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Gədəbəy rayonundakı Slavyanka–Qoşabulaq–Pərizamanlı avtomobil yolunun tikintisi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının sərəncamına əsasən, yolun tikintisinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dövlət büdcəsindən 11,4 milyon manat ayrılıb.

Slavyanka–Qoşabulaq–Pərizamanlı yolu 12 min sakini olan 8 yaşayış məntəqəsini birləşdirir.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.

 

Bütün xəbərlər