“Azərsu” daha 12 min abunəçinin su təchizatını yaxşılaşdırır

16:33 - 2.08.2018


2 avqust, Fineko/abc.az. Azərbaycan Milli Su Operatoru “Azərsu” ASC, su çatışmazılığı olan kənd və şəhərlərdə su təchizatının yaxşılaşdırılması işlərini davam etdirir.

“Azərsu” ASC-in məlumatında deylir ki, su təchizatının yaxşılaşdırılması üzrə layihələr Tovuz rayonunun 5 kəndində həyata keçirilir.

“İyun ayından başlayaraq Qədirli, Xatınlı, Çilovdarlı, Əlimərdanlı və Qaraxanlı kəndlərində layihələr həyata keçirilir. Bu layihələr çərçivəsində uzunluğu 40 km olan su xətləri çəkiləcək. Xəttin 20 km-i artıq çəkilib və 157 su mənbəyi quraşdırılıb”, - məlumatda belə deyiir.

Məlumatda deyilir ki, layihənin başa çatmasından sonra 12 min abunəçi yüksək keyfiyyətli su təchizatı ilə təmin olunacaq. Bu günə qədər bu kəndlərdə heç bir su təchizatı şəbəkəsi yox idi və xüsusilə yaz mövsümündə su çatışmazlığı müşahidə olunurdu.

 

Bütün xəbərlər