Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək

16:54 - 2.08.2018


2 avqust, Fineko/abc.az. Azərbaycan Avtomobil Federasiyası klassik avtomobillərin yürüş və sərgisini keçirəcək.

Federasiyanın məlumatında deyilir ki, yürüş və sərgi avqustun 26-də keçiriləcək.

“Bununla əlaqədar olaraq Federasiya klassik avtomobil sahiblərini və həvəskarlarını tədbirdə iştiraka dəvət edir. 1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri 22 avqust saat 18:00-dək qeydiyyatdan keçə bilər”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, yürüşdə və sərgidə iştirak üçün avtomobilini qeydiyyatdan keçirmək istəyən şəxslər Azərbaycan Avtomobil Federasiyası ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.

Qeydiyyatdan keçən avtomobil və sahibləri 26 avqust saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır.

 

Bütün xəbərlər