Azərbaycanda mobil cihazların qeydiyyatı üçün 20 manatdan 150 manata qədər fərqli rüsum tətbiq olunub

17:13 - 2.08.2018


2 avqust, Fineko/abc.az. Azərbaycan Respublikası Nazirlər Kabinetinin  31 iyul 2018-ci il tarixli 336 saylı qərarına əsasən,  ölkədə mobil cihazların qeydiyyatı üçün yeni rüsum tətbiq ediləcək.

Nazirlər Kabinetinin qərarına əsasən, dövlət rüsumunun həcmi cihazların markasından, modelindən və bazar dəyərindən asılı olaraq, dəyişəcək.

Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytında cihazın qeydiyyatı üçün dövlət rüsumunun həcmi 20 manat  təşkil etdi.

100 dollara qədər bazar dəyərində mobil cihazların qeydiyyatına görə dövlət rüsumunun həcmi 30 manat,  cihazın qiyməti 101 dollardan 200 dollara qədər olduğu halda – 50 manat, 201 dollardan 400 dollara qədər – 60 manat, 401 dollardan 700 dollara qədər – 70 manat, 701 dollardan 1000 dollara qədər – 100 manat, 1001 dollar və daha yuxarı olduğu halda 150 manat səviyyəsində müəyyən edilib.

Daha əvvəl, mobil telefonun dövlət qeydiyyatı dövlət rüsumunun həcmi cihazların markasından, modelindən və bazar dəyərindən asılı olmayaraq, 5 manat təşkil etmişdi.

 

Bütün xəbərlər