Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycan Prezidentinin ehtiyat fondundan 20 milyon manat ayrıldı

08:50 - 3.08.2018


3 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev cümə axşamı günü “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli  Sərəncamının 1-ci hissəsinin icrası ilə əlaqədar, 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək həvalə  olunub.

 

Bütün xəbərlər