Azərbaycan neftinin qiyməti qalxıb

10:25 - 3.08.2018


3 avqust, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  2,08 (2,87%) dollar yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 74,56 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

“NYMEX” birjasında  “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti  2 avqust tarixli ticarətin nəticəsində 1,3 dollar (1,92%) yüksələrək bir barelə 68,96 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 2 avqust tarixli ticarətin nəticəsində 1,06 dollar (1,46%) yüksələrək  bir barelə 73,45 dollar təşkil etmişdir.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 2 avqust tarixli ticarətin nəticəsində  4,49 dollar / barelə təşkil edir.

 

Bütün xəbərlər