Azərbaycanda Fermerlər Şurası yaradıldı

12:11 - 3.08.2018


3 avqust, Fineko/abc.az. Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov ölkənin qabaqcıl fermerləri ilə görüşüb və Fermerlər Şurasının təsis edilməsinə dair məsələni müzakirə edib.

Toplantıda İnam Kərimov bildirib ki, yerlərdə kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) yaradılacaq, vahid pəncərə sistemi tətbiq ediləcək və tam şəffaflığın təmin edilməsi üçün şərait yaradılacaq.

“Bu gün təsis edilən Fermerlər Şurası nazirlik yanında fəaliyyət göstərəcək”, - nazir belə deyib.

Fermerlər qarşısında qoyulan problemlər və məqsədlər müzakirə olunduğu görüşdən sonra müvafiq təkliflər dinlənildi,  Fermerlər Şurasının 14 nəfərdən ibarət idarə heyəti formalaşdırıldı.

 

Bütün xəbərlər