Azərbaycan Dövlət Toxum Fondu istehsal xəttini genişləndirir

12:25 - 3.08.2018


3 avqust, Fineko/abc.az. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Toxum Fondu istehsal prosesini genişləndirməyi planlaşdırır.

Fondun rəhbəri Emin Əliyevin sözlərinə görə, bu il  toxum emalı üzrə iki müəssisə istismara  veriləcək.

“Gələn il daha üç müəssisə istifadəyə veriləcək. Bu müəssisələrin gücü 7,5 min ton təşkil edəcək”, - deyə E.Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın illik toxum üzrə tələbi 120 min ton təşkil edir. Yeni müəssisələr daxili tələbatın 5%-ni təmin edəcəklər.

 

 

Bütün xəbərlər