AMB depozit hərracında 350 milyon manat cəlb etməyi planlaşdırır

14:55 - 3.08.2018


3 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bazar ertəsi günü növbəti depozit hərracı keçirəcək.

“Avqustun 6-da keçiriləcək depozit hərracında AMB 14 gün müddətinə 350 milyon manat məbləğində vəsaitin cəlb edilməsi planlaşdırır. Cəlb edilən vəsaitlər üzrə faiz dəhlizi 8,01% -9,99% səviyyəsində müəyyənləşdirilib”, - AMB-in məlumatında belə deyilir.

AMB-in depozit hərracı Bloomberg ticarət platformasında keçirilir.

Hərraclar 13 iyun 2016-cı il tarixindən etibarən keçirilir.

 

Bütün xəbərlər