Azərbaycan İranla sərhəddə “Bir pəncərə” prinsipini təkmilləşdirəcək

16:47 - 3.08.2018


3 avqust, Fineko/abc.az. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) gömrük buraxılış məntəqələrinin fəaliyyətini təkmilləşdirmək üzrə tədbirlər görür.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi Azər Abasov  bildirib ki, Biləsuvar gömrük idarəsinin “Qoşa təpə” məntəqəsində “Bir Pəncərə” sisteminin təkmilləşdirilməsi üzrə pilot layihə həyata keçirilir.

“Sistem, “1 müfəttiş -1 nəqliyyat vasitəsi” sisteminin tətbiqi metodu  ilə təkmilləşdirilmişdir. Layihənin mahiyyəti bundan ibarətdir ki, vətəndaş yalnız bir müfəttişlə ünsiyyətdə olur, digər məntəqələrdə isə vətəndaşlara bir neçə müfəttiş xidmət göstərir”, - deyə  A.Abasov bildirib.

Onun sözlərinə görə, bu pilot layihənin gerçəkləşdirilməsi nəticəsində “bir pəncərə”dən keçid müddəti  5 dəqiqəyə qədər qısaldılmışdır.

“Pilot layihə uğurlu olarsa, bu üsul digər məntəqələrdə də tətbiq ediləcək”, - deyə A.Abasov bildirib.

 

Bütün xəbərlər