Bu gün Bakının Yasamal və Səbail rayonlarının bəzi yerlərində su olmayacaq

11:15 - 6.08.2018


6 avqust, Fineko/abc.az. Azərbaycanın milli su operatoru “Azərsu” ASC su təchizatında kəsintilər barədə xəbərdarlıq edir.

“Azərsu”  xəbər verir ki, Bakının Yasamal rayonunda (Qanlıgöl ərazisində) su infrastrukturunun yenilənməsi üzrə işlərin aparılması ilə əlaqədar bu gün su təchizatında məhdudiyyətlər olacaq.

“Gün ərzində Yeni Yasamal yaşayış massivinə, Qanlıgölün ətrafındakı ərazilərə, həmçinin  Səbail rayonu İzzət Nəbiyev küçəsindəki abonentlərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - ASC-in məlumatında belə deyilir.

 

Bütün xəbərlər