“Aqrolizinq” ASC vətəndaşlara güzəşt müqavilələri təqdim edib

11:49 - 6.08.2018


6 avqust, Fineko/abc.az. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (ASC) vətəndaşlara göstərilən xidmətlər və lizinq qaydaları ilə bağlı maarifləndirmə işlərini davam etdirir. “Aqrolizinq” ASC bu məqsədlə mövcud problemlərin dinlənilməsi və yerindəcə həll edilməsi məqsədilə “Regionlarda maarifləndirmə və sorğu” layihəsinə start verib.

İlk belə tədbir Şəmkir rayonunda keçirilib. Şəmkir Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında keçirilən tədbirdə “Aqrolizinq” ASC-nin bir qrup rəhbər işçisi Şəmkir, Ağstafa, Qazax, Tovuz, Daşkəsən, Göygöl, Samux və Gədəbəy rayonlarından olan sakinlər, həmçinin fermer və təsərrüfat sahibləri ilə görüşüblər.

Görüşdə vətəndaşlar lizinq qaydaları və tətbiq edilən güzəştlər, innovativ yeniliklər barədə maarifləndirilib, elektron xidmətlər barədə ətraflı məlumat verilib. Sonra kəndli və fermerlərin qarşılaşdıqları mövcud problemlər və onların həlli yolları müzakirə edilib, təkliflər dinlənilib.

Görüşün sonunda vətəndaşlara güzəşt müqavilələri təqdim edilib.

Bütün xəbərlər