AMB 900 milyon manatdan çox təklif zamanı 350 milyon manat cəlb etdi

14:23 - 6.08.2018


6 avqust, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, bu gün hərracda Bank 350 milyon manat cəlb edib.

“Növbəti depozit hərracında tələb 943,80 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir”, - AMB-dan  təqdim edilən məlumatda belə deyilir.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

 

Bütün xəbərlər