Azərbaycanda pensiyaların hesablanması sistemini tam avtomatlaşdırılacaq

17:21 - 6.08.2018


6 avqust, Fineko/abc.az.  Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya təminatı sahəsində şəffaflıq tədbirləri görür.

Pensiya  təminatı sisteminin təkmilləşdirilməsi məqsədilə nazirlikdə yaradılmış İşçi Qrupunun iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, 2014-cü il 4 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”na uyğun olaraq pensiya təminatı sistemində aparılan islahatların davam etdirilir.

“Bu islahatlar sosial sığorta sisteminin inkişafının, işləyən əhalinin bu sistemdə fəal iştirakının effektiv şəkildə stimullaşdırılması, sığortaedənlərlə iş mexanizmlərinin təkmilləşdirilməsi, sosial sığorta münasibətlərinin və pensiya təyinatı  üzrə xidmətlərin şəffaflaşdırılması, bu xidmətlərin keyfiyyətinin artırılması və s. kimi hədəflərə yönəlib”, - nazir belə deyib.

Onun sözlərinə förə, hazırda sığorta-pensiya sistemində qanunvericiliyinə dəyişikliklərin daxil edilməsi üzrə təkliflər hazırlanır.

İşçi qrupunun iclası zamanı pensiya sisteminin tam avtomatlaşdırılması məsələsi də müzakirə olundu.

 

 

Bütün xəbərlər