Bakıda metro stansiyasının təmiri səbəbindən 71 nömrəli avtobus marşrutunun trayektoriyası dəyişdirildi

10:45 - 7.08.2018


7 avqust, Fineko/abc.az. Bakıda “Bakmil” metro stansiyasının təmirlə bağlı qismən bağlanılması səbəbindən, paytaxtın 71 nömrəli  avtobus marşrutunun trayektoriyası dəyişdirildi.

Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatında deyilir ki, artıq  71 nömrəli marşrut xətti üzrə avtobuslar Ziya Bünyadov prospektindən keçib Ələsgər Qayıbov küçəsinə daxil olmaqla yenidən Z. Bünyadov prospektinə çıxaraq yoluna davam edəcək.

“Dəyişiklik “Bakmil” stansiyasında  təmir işləri yekunlaşanadək qüvvədə olacaq. Dəyişikliklərlə bağlı 71 nömrəli marşrut xətti üzrə 4 ədəd nəqliyyat vasitəsi ayrılacaq”, -  məlumatda belə deyilir.

 

Bütün xəbərlər