Bakı Beynəlxalq Dəniz Ticarət Limanında sərnişin terminalının tikintisinə 10,2 milyon manat ayrılıb

10:46 - 7.08.2018


7 avqust, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev  Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində sərnişin terminalının tikintisi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Limanın ərazisində sərnişin terminalının tikintisinə 2018-ci il dövlət büdcəsinin investisiya xərclərindən 10,2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 

Bütün xəbərlər