Azərbaycanda Mədəniyyət Evi özəlləşdirildi

13:06 - 7.08.2018


7 avqust, Fineko/abc.az. Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi bu gün dövlət əmlakı obyektlərinin  özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirib.

Dövlət Komitəsinin məlumatında deyilir ki, bu gün cəmi iki obyekt özəlləşdirilib.

“Bu, Biləsuvar rayonunun 15 min manat dəyərində olan Kənd Mədəniyyət Evi və Bakının Nəsimi rayonunda  yerləşən və dəyəri həmçinin 15 min manat təşkil edən qeyri-yaşayış sahəsidir”, - məlumatda  belə deyilir.

Məlumatda qeyd edilir ki, 14 avqust tarixində keçiriləcək növbəti hərraca 192 obyekt, o cümlədən 19 səhmdar cəmiyyəti, 97 kiçik dövlət müəssisəsi və obyekti, 60 qeyri-yaşayış sahəsi və 16 nəqliyyat vasitəsi çıxarılacaq.

 

Bütün xəbərlər