AMB 300 milyon manatlıq qısamüddətli notlar yerləşdirəcək

15:05 - 7.08.2018


7 avqust, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-in məlumatında deyilir ki, avqustun 8-də 50100970S dövlət nömrəli qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Qısamüddətli notlar, hər birinin nominal dəyəri 100 manat olmaqla, 300 milyon manat həcmində təqdim ediləcək. Notların tədavül müddəti 28 gündür”, -  deyə BFB xəbər verir.

 

 

Bütün xəbərlər