Bakı Nəqliyyat Agentliyi Sabunçu-Zabrat yolunda sıxlığın azaldılması üçün svetoforların yaşıl fazasını artırıb

15:19 - 7.08.2018


7 avqust, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt yollarında fasiləsiz hərəkətin təmin edilməsi üçün tədbirlər görməyə davam edir.

BNA-nın məlumatında deyilənə görə, işlər Sabunçu-Zabrat yolunda aparılır.

“Vətəndaş müraciətləri əsasında  yol boyu svetoforların vaxt planlarında dəyişiklik edilib. Belə ki,  yolda nəqliyyat axını təhlil edilib və əldə edilən nəticələrə əsasən Sabunçu-Zabrat yolundakı svetoforların yaşıl fazasının vaxtı artırılıb. Məqsəd, günün pik saatlarında sıxlığın aradan qaldırılması, nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etməkdir”, - deyə məlumatda qeyd edilir.

Məlumatda bildirilir ki, agentlik həmçinin hazırda Sabunçu-Zabrat yolunda piyada təhlükəsizliyinin artırılması məqsədi ilə kompleks təhlillər aparır.

 

Bütün xəbərlər