Azərbaycanda havanın temperaturu 3-5 dərəcə aşağı enəcək

16:02 - 7.08.2018


7 avqust, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi  hava şəraitinin dəyişəcəyi  haqqında  xəbər verib.

Nazirliyin məlumatında deyilir ki, avqustun 9-dan 11-nə kimi  Bakıda və Abşeronda  güclü şimal-qərb küləyi əsəcək, havanın temperaturu əvvəlki günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

“Avqustun 8-i axşam şimal və qərb rayonlarından başlayaraq avqustun 12-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki,  Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

 

Bütün xəbərlər