Azərbaycanda ilin başlanğıcından sahibkarlar 96,5 milyon manat həcmində güzəştli kredit alıb

16:22 - 1.11.2017


1270 layihənin reallaşdırılması üçün, Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ilin başlanğıcından 96,496 milyon manat həcmində güzəştli kreditlər ayırıb.

Fonddan bildirdilər ki, layihələrin maliyyələşdirilməsi hesabına 3881 yeni iş yeri açılacaq.

Fonddan həmçinin bildirdilər: “Təqdim edilmiş kreditlərin 96,2%-i aqrar layihələrin, 2,8% - istehsal  və müxtəlif sənaye mallarının emalı layihələrinin, 0,4% - aqrar məhsulun emalı layihələrinin, 0,4% - turizm sahəsindəki layihələrin və 0,2% - xidmətlərin (infrastrukturların) inkişafının maliyyələşdirilməsinə yönəldilmişdir”.

Həmçinin fonddan xəbər verdilər ki, təqdim edilmiş kreditlərin 96,7%-i kiçik, 1,3%-i orta və 2%-i iri kreditlərdir.

 

Bütün xəbərlər