Azər Türk Bankdan 150 min manatadək kredit

16:32 - 1.11.2017


Dövlət bankı Azər Türk Bank hər zaman müştərilərinə münasib şərtlərlə müxtəlif növ kreditlər təklif edir. Hazırda Bank tərəfindən verilən “Azərbaycan İpoteka Fondu”-nun xətti ilə ayrılmış ipoteka kreditinin maksimal məbləği 150 000 AZN təşkil edir. Qeyd edə ki, buna qədər adi ipoteka kreditlərində maksimal məbləğ 100 000 AZN idi.

İpoteka kreditindən faydalanaraq ev sahibi olmaq istəyən hər bir şəxs https://e-ipoteka.az/ saytında qeydiyyatdan keçib, ərizə formasını dolduraraq Azər Türk Banka müraciət edə bilər.

Əlavə olaraq qeyd edirik ki, Dövlət Bankı korporativ müştərilərinə sərfəli şərtlər və faizlərlə biznes kreditləri təklif etməklə yanaşı, minimal aylıq rəsmi gəliri 200 AZN olan fiziki şəxs müştərilərinə yeni, sığorta xərci olmayan “İstehlak” krediti də təqdim edir.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

 

Bütün xəbərlər