Ordubad SES-in təmiri üçün 13,5 milyon manat ayrılıb

08.08.2018,11:16


8 avqust, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi üçün Naxçıvan MR Nazirlər Kabinetinə 13,5 milyon manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə edilib.

 

Açar sözlər: İlham Əliyev SES