Təzəpir məscidinin yenidən qurulmasına 2 milyon manat ayrılıb

10:49 - 8.08.2018


8 avqust, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işləri üzrə əlavə tədbirlər haqqında  sərəncam imzalayıb.

Sərəncama əsasən, 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat ayrılacaq.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə  bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək həvalə edilib.

 

 

Bütün xəbərlər