Azərbaycan nefti bahalaşıb

08.08.2018,10:17


8 avqust, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,20 (0,27%) dollar yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 75,35 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

“NYMEX” birjasında  “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti  7 avqust tarixli ticarətin nəticəsində 0,16 dollar (0,23%) yüksələrək bir barelə 69,17 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin oktyabr fyuçersinin qiyməti, 7 avqust tarixli ticarətin nəticəsində 0,90 dollar (1,22%) yüksələrək  bir barelə 74,65 dollar təşkil etmişdir.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 7 avqust tarixli ticarətin nəticəsində 5,48 dollar / barelə təşkil edir.