Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir

10:42 - 8.08.2018


8 avqust, Fineko/abc.az. İxtisas seçimi avqustun 13-dək internet vasitəsilə aparılır. 8 avqust saat 10:30-a olan məlumata görə 32184 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 4023  abituriyent isə ixtisasları  qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib.

Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər. 

Bütün xəbərlər