“Dəniz kuboku - 2018” müsabiqəsində artilleriya atəşləri icra olunub

16:15 - 8.08.2018


“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirak edən ölkələrin hərbi dənizçiləri Xəzər dənizinin döyüş hazırlığlı poliqonunda “Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış” mərhələsinin “Üzən minaya artilleriya atışı” tapşırığını yerinə yetiriblər.
Bu mərhələdə gəmilərə hərəkətdə ikən üzən mina hədəfini artilleriya atəşi ilə məhv edilməsi tapşırılıb. Atışlar artilleriya qurğularından 200 metr məsafədən yerinə yetirilib. Gəmilərin vaxtında gəlməsinə və hədəflərin məhv edilməsinə görə beynəlxalq hakimlər briqadası qiymətləndirmə aparıb.
Yarışın nəticələrinə görə Rusiya komandası 40 balla birinci, Azərbaycan 38 balla ikinci, Qazaxıstan 36 balla üçüncü, İran dənizçiləri isə 20 balla dördüncü yerlərdə qərarlaşıblar.
Bu gün yarışların növbəti mərhələsinin keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər