Dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən daxili müsahibələr yekunlaşmışdır

18:15 - 8.08.2018


8 avqust, Fineko/abc.az. Müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçmiş 63 namizəddən 53 nəfəri vəzifəyə uyğun bilindiyi halda, 7 namizəd lazımi keçid balını toplaya bilməmiş və 3 namizəd isə müsahibədə iştirak etməmişdir.  2018-ci il 30 iyul – 3 avqust tarixlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi, Sumqayıt Apellyasiya Məhkəməsi və Əmlak Məsələləri Dövlət Komitəsində mövcud dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş daxili müsahibələr başa çatmışdır. Elanlar çərçivəsində müsahibəyə təqdim olunan ən yüksək vəzifələr Mədəniyyət Nazirliyində Aparatın rəhbəri və nazirin köməkçisi, Sumqayıt Apellyasiya Məhkəməsində Aparatın rəhbəri vəzifələri olmuşdur.

Müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçmiş 63 namizəddən 53 nəfəri vəzifəyə uyğun bilindiyi halda, 7 namizəd lazımi keçid balını toplaya bilməmiş və 3 namizəd isə müsahibədə iştirak etməmişdir.

 

Bütün xəbərlər