AMB 300 milyon manat həcmində qısamüddətli notlar yerləşdirib

17:30 - 8.08.2018


8 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu  gün qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatına görə, avqustun 8-də AMB hərracda 50100970S nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətinə notlar təklif etmişdir.

15 investordan 704 697,8 min manat məbləğində 27 sifariş daxil olmuşdur. İnvestorlar notlar üçün 99,3812  (gəlirlilik 8,01%) təklif etmişlər.

Mərkəzi Bankın qərarına əsasən,  kəsmə qiyməti  və orta ölçülmüş qiymət 99,3812 AZN (gəlirlilik 8,01%)  səviyyəsində müəyyən edilmişdir.

Nəticədə 300 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 5 sentyabr 2018-ci il.

 

Bütün xəbərlər