Azərbaycan nefti ucuzlaşdı

09.08.2018,10:53


9 avqust, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  2,16 dollar (2,87%) enib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 73,19 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

“NYMEX” birjasında  “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti  8 avqust tarixli ticarətin nəticəsində 2,23 dollar (3,22%) enərək bir barelə 66,94 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin oktyabr fyuçersinin qiyməti, 8 avqust tarixli ticarətin nəticəsində 2,37 dollar (3,17%) enərək  bir barelə 72,28 dollar təşkil etmişdir.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 8 avqust tarixli ticarətin nəticəsində 5,34 dollar / barelə təşkil edir.