İlham Əliyev paytaxtın avtobus parkının yenilənməsi üçün təxminən 48 milyon manat ayırıb

09.08.2018,11:40


9 avqust, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Bakının avtobus parkının yenilənməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, son 3 ildə paytaxtın marşrut şəbəkəsində 300-dən çox orta və iri qabaritli müasir sərnişin avtobusları istifadəyə verilmişdir. Daha 300 sərnişin avtobuslarının alınması üçün Bakı Nəqliyyat Agentliyinə (BNA) ilk mərhələdə 47,924 AZN məbləğində vəsait ayrılacaq.

Maliyyə Nazirliyinə bu məbləği maliyyələşdirmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 

Açar sözlər: İlham Əliyev BNA