Azərbaycanda işsizlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SMS bildiriş alacaqlar

12:18 - 9.08.2018


9 avqust, Fineko/abc.az. Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial sığorta sistemini təkmilləşdirir.

Nazirliyin məlumatında deyilir ki, qurum, işini itirmiş şəxsə işsizlikdən sığorta ödənişi almaq hüququnun müəyyən olunması üçün sms bildiriş göndərəcək.

“Bildirişlə, müəssisənin ləğvi və ixtisara salınma nəticəsində iş yerlərini itirmiş şəxslər rayon (şəhər) məşğulluq mərkəzlərinə dəvət  ediləcək”, - məlumatda belə deyilir.

Əmək qanunvericiliyinə əsasən, aidiyyəti işəgötürən müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işçi ilə əmək müqaviləsinə xitam verdiyini  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində müvafiq bildiriş formasında qeydiyyyatdan keçirir. İşsizlikdən sığorta ödənişi almaq hüquqlarının olub-olmamasını müəyyən etmək üçün, işçiyə aid məlumatlar sistemə. Hazırda  nazirlikdə müvafiq texniki hazırlıq işləri aparılır.

Azərbaycanda işsizlikdən sığorta yalnız məşğulluq orqanlarına müraciət edən ən azı üç il iş təcrübəsi olan şəxslərə aiddir.

İşsiz şəxslər işsizlikdən sığorta ödənişi (itirdikləri orta aylıq əməkhaqqının sığorta stajı 3 ildən 5 ilə qədər olduqda 50 faizi, 5 ildən 10 ilə qədər olduqda 55 faizi, 10 ildən çox olduqda 60 faizi)  ilə təmin olunurlar. Azı 3 il sığorta stajı olan işçilərə minimum sığorta ödənişi (aylıq 130 manat) təyin edilir.

 

Bütün xəbərlər