Oqtay Şirəliyev Ucar Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək

09.08.2018,14:14


9 avqust, Fineko/abc.az. Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 10.08.2018-ci il tarixində saat 11:00-da Ucar Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazir Ucar, Göyçay Kürdəmir, Ağsu rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

 

Açar sözlər: Oqtay Şirəliyev