Yanvar-iyun aylarında Azərbaycanda inflyasiya 2,8%-ə çatdı

16:33 - 9.08.2018


9 avqust, Fineko/abc.az. Azərbaycanda yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,8% artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ərzaq məhsullarının qiymətləri 2,8%, qeyri-ərzaq məhsullarının  qiymətləri 3,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,3% artıb.

“İyun ayında qiymətlər 0,6%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,5%, qeyri-ərzaq mallarının və  xidmətlərin qiymətləri  0,1% bahalaşmışdır”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər