Azərbaycanda orta aylıq əmək haqqı 3,7% artıb

17:04 - 9.08.2018


9 avqust, Fineko/abc.az. Azərbaycanda orta aylıq əmək haqqı artıb.

Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvar-iyun aylarında Azərbaycanda çalışan işçilərin orta aylıq əmək haqqı keçən ilin analoji dövrü ilə müqayisədə 3,7% artaraq 541,1 manat təşkil edib.

“İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, həmçinin tikinti sahələrində əməkhaqqı daha yüksək olmuşdur”, - deyə Dövlət Komitəsindən  xəbər verildi.

Komitədən bildirildi ki, iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1,2% artaraq 1546,2 min nəfər olmuş, onlardan 885,7 min nəfəri dövlət sektorunda, 660,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

 

 

Bütün xəbərlər