Azərbaycan nefti bahalaşdı

10:54 - 10.08.2018


10 avqust, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,23 dollar (0,31%) yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 73,42 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

“NYMEX” birjasında  “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti  9 avqust tarixli ticarətin nəticəsində 0,13 dollar (0,19%) enərək bir barelə 66,81 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin oktyabr fyuçersinin qiyməti, 9 avqust tarixli ticarətin nəticəsində 0,21 dollar (0,29%) enərək  bir barelə 72,07 dollar təşkil etmişdir.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 9 avqust tarixli ticarətin nəticəsində 5,26 dollar / barelə təşkil edir.

 

Bütün xəbərlər