Azərbaycanda vətəndaşların sosial təminatının təkmilləşdirilməsi üçün DOST mərkəzləri yaradılacaq

11:25 - 10.08.2018


10 avqust, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində təkmilləşdirilmə haqqında fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda DOST (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) publik hüquqi şəxs təsis ediləcək. Agentliyin nizamnaməsinin və strukturunun təsdiq olunmasına, nizamnamə fondunun miqdarının müəyyən edilməsinə, habelə yenidən təşkili və ləğvinə dair səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindədir.

Fərman, DOST mərkəzlərinin “bir pəncərə” sistemi, həmçinin operativlik, şəffaflıq, məsuliyyət və rahatlıq prinsipləri əsasında yaradılmasını nəzərdə tutur.

Mərkəzlər, vətəndaşların müraciəti əsasında səyyar xidmətlər göstərəcək.

Dövlət başçısının digər sərəncamına əsasən, DOST mərkəzlərinin yaradılması üçün dövlət büdcəsindən 2 milyon manat ayrılacaq.

 

 

Bütün xəbərlər